05.08.2024, 11:25
168 baxış
Azad
Olimpiya çempionundan qeyri-adi ETİRAZ - VİDEO
Olimpiya çempionu Olimpiya kəndindəki pis şəraitə etiraz etmək üçün parkda yatıb.
Medianews.az haberler.com-a istinadən xəbər verir ki, 2024-cü il Paris Olimpiadasında qızıl medal qazanan italiyalı üzgüçü Tomas Çekon Olimpiya kəndində pis şəraitə görə parkda yatıb.
Çekon kondisionerin olmamasından, istidən və pis yeməkdən şikayətlənib. Digər idmançıların oxşar şikayətləri hadisəni daha da böyüdüb. Bəzi idmançılar kəndi tərk ediblər.
Bu vəziyyət idmançının performansında rahatlıq və uyğun istirahət şəraitinin vacibliyini yenidən gündəmə gətirib.
Nailə QASIMOVA