Moskvada mənzillərin birində 8 yaşlı iki uşağı zorlayan pedofil saxlanılıb.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, o, hərəkətlərinin fotosunu çəkib.
2023-cü ilin noyabr ayında paytaxtın mənzillərin birində şübhəli şəxs 8 yaşlı iki uşağa qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. O, hərəkətlərinin şəklini çəkib, sonra isə internetdə yerləşdirib.
İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin rəisinin böyük köməkçisi Yuliya İvanovanın sözlərinə görə, cinayət işi üzrə bir sıra məhkəmə-tibbi ekspertizaları, o cümlədən psixoloji və psixiatrik ekspertizalar təyin edilib, müttəhimin yerində axtarış aparılıb.
Yaşayış yeri üzrə cinayət işi üzrə əhəmiyyət kəsb edən texniki avadanlıq aşkar edilərək götürülüb. Bundan əlavə, həmin şəxsin paytaxt rayonunda analoji cinayətlərin törədilməsində iştirakının olub-olmadığı yoxlanılacaq.
Faktla bağlı Cinayət Məcəlləsinin iki maddəsi – seksual xarakterli zorakılıq hərəkətləri və pornoqrafik materialların hazırlanması ilə cinayət işi açılıb.
Medianews.az