Medianews.az
Rusiyaya casusluqda ittiham olunan agent ABŞ-da ölü tapıldı
361 baxış

Rusiyaya casusluqda ittiham olunan agent ABŞ-da ölü tapıldı

ABŞ-da Rusiyaya casusluqda təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilmiş 79 yaşlı keçmiş FTB agenti həbsxanada ölü tapılıb.

Medianews.az xarici KİV-ə istinadla xəbər verir ki, O,  1979-cu ildən Sovet Sosialist Respublikaları İttifaqına, sonra isə Rusiyaya çox məxfi sənədlər satmaqda ittiham olunurdu.

Günahını boynuna alan Hanssen 2001-ci ildə federal məhkəmə tərəfindən casusluq ittihamı ilə ömürlük həbs cəzasına məhkum edilib.

Hanssenin casusluq zamanı “Ramon Qarsiya” təxəllüsündən istifadə etdiyi və 1,4 milyard dollardan çox nağd pul, brilyant və xarici bank depozitləri qarşılığında minlərlə məxfi sənəd satdığı qeyd edilir.
2001-ci ildə Virciniya ştatında bir parkda casusluq edərkən tutulan agentin şəxsiyyəti barmaq izlərinin olduğu zibil torbasını və səs yazısının olduğu faylı təhvil verməsindən sonra məlum olub.
Medianews.az  

Bizə qoşulun