Bakıda qətl törədən tanınmış meyxana ustası Rəşad Dağlının məhkəmədə ifadəsi məlum olub.
Rəşad Dağlı bu gün Qaradağ rayon Məhkəməsində verdiyi ifadəsində bildirib ki, o hadisə zamanı qətl törətmək fikrində olmayıb. Hadisə vaxtı bıçaq İsgəndər Mehtiyevdə olub və Rəşad Dağlını öldürməyə cəhd edib.
Rəşad isə əlbəyaxa zamanı həmin bıçağı ondan alıb və İsgəndər Mehtiyevi qətlə yetirib.
Xatırladaq ki, bu gün Qaradağ rayon məhkəməsində qətldə təqsirləndirilən meyxana ustası Rəşad Əmirovun (Dağlı) barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.
Hakim Teymur Qurbanovun sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib və Rəşad Dağlı barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.(Trend)