Son həftədə dünyada koronavirusa yeni yoluxma hallarının sayı 3,1 milyon nəfər artıb ki, bu da əvvəlki analoji dövrlə müqayisədə 0,1 milyon nəfər çoxdur. Yoluxma halları on həftəlik azalmadan sonra ardıcıl üçüncü həftədir ki, artır.
TASS agentliyinin hesablamalarına əsasən yüksək artım templəri hələ də Avropada qeydə alınıb. Asiya və Amerikada ciddi azalmalar qeydə alınır.
Birinci yerdə hər gün təxminən 120 min insana koronavirus diaqnozu qoyulan Almaniyadır, lakin bu, bir həftə əvvəlki göstəricidən 15% azdır.