03.10.2022, 07:17
61 baxış
Gurban Alakbar
NATO Ukraynanı Alyansa qəbul etməyəcək - KİV
NATO döyüşlər bitməyənədək Ukraynanı Alyansa qəbul etməyəcək, əks halda NATO-nun Nzamnaməsinin 5-ci maddəsinin tələbinin (qarşılıqlı müdafiə) dəyişdirilməsi lazım gələcək.
Medianews.az-ın xəbərinə görə, bu barədə New York Times qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, ekspertlər bildirib ki, Ukraynanın NATO-ya üzv olması üçün illərlə vaxt tələb olunur. Onların sözlərinə görə, rəsmi Kiyev Alyansın tələblərinə riayət etməli və qanunun aliliyini dəstəkləməlidir.