Avropa İttifaqı xarici işlər nazirləri gələn həftə Praqada keçiriləcək ikigünlük iclasda 2007-ci ildə Aİ-Rusiya viza rejiminin sadələşdirilməsi sazişinin dayandırılmasını dəstəkləməyi planlaşdırır.
Medianews.az “Financial Times”a (FT) istinadən xəbər verir ki, Bu qərarın formalaşmasına Rusiyanın Ukraynada əməliyyatlara başlaması səbəb olub.
Aİ-nin yüksək rütbəli rəsmisi qəzetə deyib: “Rusiyalı turistlərin şəhərlərimizdə gəzməyi bizim üçün qəbuledilməzdir. Rus xalqına siqnal verməliyik ki, bu müharibənin əleyhinəyik”.
Aİ rəsmisi bildirib ki, ilin sonuna qədər əlavə məhdudiyyətlərin qəbul ediləcəyi gözlənilir.
Ayşən Azadova
Medianews.az