Alimlərin proqnozuna görə, 2100-cü ilədək bəzi regionlar təhlükəli temperaturla üzləşəcək və həmin yerlərdə məskunlaşma mümkün olmayacaq
Medianews.az xarici mətbuata istinadən xəbər verir ki, hətta qlobal istiləşməni 2 dərəcəyə qədər məhdudlaşdıra bilsək belə, yeni proqnozlara görə, 2100-cü ilə qədər dünyanın əksər yerləri tropiklər və subtropiklər, o cümlədən Hindistan, Ərəbistan yarımadası və Səhranın cənubundakı Afrika təhlükəli istilərlə üzləşəcək.
Dünyanın orta enliklərində isə, demək olar ki, hər il intensiv isti dalğalar yaşanacaq.
Məsələn, Amerika Birləşmiş Ştatlarının Çikaqo şəhərində tədqiqatçılar əsrin sonuna qədər təhlükəli istilik dalğalarının 16 dəfə artacağını proqnozlaşdırırlar.
Bəs bu taledən qaçmaq şansımız varmı?
1,5 °C-dən aşağı istiləşməni azalda biləcəyimiz ehtimalı baxımından bu şans təxminən 0,1 faizdir.
Tədqiqatçıların fikrincə, 2050-ci ilə qədər dünya 2 dərəcə istiləşməni üstələyəcək.
Belə olan halda səhranın cənubunda yerləşən Afrikada, Ərəbistan yarımadasının bəzi yerlərində və Hindistanın çox hissəsində iqlim şəraiti olduqca təhlükəlidir.
Əgər dünya sürətlə və geniş yayılmış adaptasiya tədbirlərini həyata keçirmək üçün birgə çalışmasa, çox ehtimal ki, xeyli sayda insan həlak olacaq. Temperaturu azalda biləcəyimiz hər nöqtə hələ də vacibdir, çünki bir dərəcə az isti belə insanların həyatını xilas edəcək.
Aysel Şirinova
Medianews.az