Medianews.az
Rusiya Ukraynanın Slovyansk şəhərinə hücum edib
334 baxış

Rusiya Ukraynanın Slovyansk şəhərinə hücum edib

Rusiya ordusunun Ukraynaya hücumları davam edir. Medianews.az xəbər verir ki, Ukraynanın Donetsk vilayətinin Slovyansk şəhərinin meri Vadim Lyax Rusiya ordusunun dünən Slovyansk şəhərinə bombalı hücum təşkil etdiyini açıqlayıb. "Təsdiqlənmiş məlumatlara görə, dünən Slovyansk şəhərində törədilən bombalı hücumlar nəticəsində 2 mülki şəxs həlak olub, 7 nəfər yaralanıb", - deyə mer bildirib. Xatırladaq ki, fevralın 24-də Rusiya-Ukrayna müharibəsi başlayandan Slovyansk şəhərində ümumilikdə 17 nəfər həyatını itirib, 67 nəfər isə yaralanıb. 20-si uşaq olmaqla 114 nəfər şəhərdən təxliyə edilib. Leyla, Medianews.az

Bizə qoşulun