Hərbi analitiklər Rusiya müharibəsinin məqsədini Ukraynanın suverenliyinin məhv edilməsi və rejim dəyişikliyi hesab edirlər.
Medianews.az xəbər verir ki, Müharibə Tədqiqatı İnstitutunun (ISW) məlumatına görə, Rusiyanın Ukraynaya təcavüzü zamanı hədəfləri Kiyevdə rejimin dəyişdirilməsi və Ukrayna dövlətinin suverenliyinin aradan qaldırılmasıdır.
İnstitutun analitiklərinin əsas qənaətlərindən biri isə odur ki, Kreml Ukraynanın işğal olunmuş əraziləri üzərində inzibati nəzarəti gücləndirməkdə davam edir və bu, çox güman ki, bu ərazilərin birbaşa Rusiya Federasiyasına birləşdirilməsinə şərait yarada bilər.
Leyla, Medianews.az