Rusiya qoşunları Lisıçansk şəhərini ələ keçirdikdən sonra növbəti böyük toqquşmanın Donetskdən 70 kilometr qərbdə Slovyanskda baş verəcəyi gözlənilir.
Medianews.az xəbər verir ki, həm Rusiya, həm də Ukrayna bütün qüvvələrini bölgəyə səfərbər edərkən, növbəti böyük münaqişənin baş verəcəyi ünvan da bəlli olub. Belə ki, adı açıqlanmayan ukraynalı əsgər Associated Press-ə danışan zaman bildirib ki, növbəti böyük müharibə Slovyanskda olacaq.
Leyla, Medianews.az