Rusiya Qərbin sanksiyalarına cavab olaraq 43 Kanada vətəndaşına sanksiya tətbiq etdikdən sonra Kanada bunun qisasını alıb.
Medianews.az xəbər verir ki, Kanadanın baş naziri Castin Trüdonun ofisindən verilən açıqlamada bildirilib ki, Rusiyanın Ukraynaya müdaxiləsi səbəbilə Rusiya müdafiə sektoru ilə bağlı 6 nəfər və 46 təşkilat, 15 ukraynalı, 13 belaruslu və Rusiyanın Ukraynaya müdaxiləsinə dəstək verən 2 quruma sanksiya tətbiq edilməsinə qərar verilib.
Kanada Rusiyanın müdafiə istehsalı potensialının yaxşılaşdırılmasına kömək edə biləcək texnologiyaların ixracını, silah istehsalında istifadə oluna biləcək qabaqcıl texnologiya və malların, eləcə də müxtəlif dəbdəbəli malların Belarusa ixracını və idxalını qadağan edib.
Bundan əlavə Kanada ABŞ-la birlikdə Rusiyadan bəzi qızıl məmulatlarının idxalına qadağa qoyaraq əmtəənin rəsmi beynəlxalq bazarlardan çıxmasının qarşısını alacağını bildirib.
Leyla, Medianews.az