İngiltərədə hakim Mühafizəkarlar Partiyasının rəhbəri Oliver Douden ardıcıl seçkilərdə məğlub olduğu üçün istefa verib .
Medianews.az xəbər verir ki, Baş nazir Boris Consona ünvanlanan istefa məktubunda Dowden bunları yazıb: “Dünənki parlament ara seçkiləri partiyamız üçün pis nəticələrin son nümunəsi idi. Tərəfdarlarımız son hadisələrdən stress keçirir və məyus olurlar. Onların hisslərini bölüşürəm. Kimsə məsuliyyəti öz üzərinə götürməlidir”.
Xatırladaq ki, Covid məhdudiyyətləri zamanı baş nazirlikdə verilən məclislər səbəbiylə istefa təzyiqi ilə üzləşən Baş nazir Consonun partiyası, keçən ay İngiltərədə keçirilən yerli seçkilərdə bir çox bələdiyyədə yüzlərlə mandat itirib. Mühafizəkarlar Partiyası, nəhayət, iki təkrar seçkidə ağır məğlubiyyətə uğrayıb.
Qeyd edək ki, Baş nazir Conson bu ayın əvvəlində Covid-19 qaydalarını pozduğuna görə Mühafizəkarlar Partiyasının parlament qrupunda etimad səsverməsini qazanıb, lakin partiya daxilindəki reaksiyalar səngiməyib.
Leyla, Medianews.az