Bazar ertəsi, 4 İyul 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Müharibə RİSKi ARTIR – İrəvan qərara gəlməsə Bakı SAVAŞ ELAN EDƏCƏK

Zarif
18/06/2022 14:27
A A
82
BAXIŞ
FacebookTwitterTelegram

“Qlobal Bakı Forumu Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Dünyada qlobal çağırışların müzakirə olunduğu bir çox platforma mövcuddur. Bunların sırasına Münhen Təhlükəsizlik Konfransı, Davos İqtisadi Forumu, Valday Diskussiya Klubunu və digərlərini daxil edə bilərik. Qürurverici haldır ki, Qlobal Bakı Forumu da öz nüfuzuna görə sadalanan platformalarla eyni sırada dayanır”.

Medianews.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında siyasi şərhçi Ceyhun Əhmədli deyib.

O bildirib ki, Ermənistanın qeyri-adekvat davranışları sülh prosesinə təhdidlər doğurur:

“Qlobal Bakı Forumu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. Dövlətimizin başçısı İlham Əliyev IX Bakı Forumunda həm qlobal gündəlikdə duran məsələlər, həm də regionda cərəyan edən proseslər barədə özünün obyektiv mülahizələrini irəli sürdü.

Prezident qlobal təhdidlərin artıq dünyada fundamental dəyişikliklərə səbəb olduğunu diqqətə çatdıraraq, bəşəriyyəti gözləyən təhlükələr barədə beynəlxalq ictimaiyyəti məlumatlandırdı. Dövlətimizin başçısı həmçinin, regional əməkdaşlıq və təhlükəsizliklə bağlı aktuallıq kəsb edən məsələlərə diqqət ayıraraq, Ermənistanın qeyri-adekvat davranışlarının sülh prosesinə təhdidlər doğurduğunu bildirdi. Ermənistanın 10 noyabr bəyanatı üzrə götürdüyü öhdəlikləri icra etməməsinə və bu xüsusda qarşı tərəfin Zəngəzur dəhlizinin açılmasına süni maneələr yaratmasına ayrıca diqqət ayırdı.

Sözsüz ki, əgər Ermənistan Zəngəzur dəhlizini açmasa və qarşı tərəf Qarabağa əsassız iddialarından əl çəkməsə, o zaman Azərbaycan da bəzi adekvat addımlar atmaq hüququnu özündə saxlayır. Vaxtilə Azərbaycanın tərkibində olan Zəngəzur dəhlizinin Ermənistana verildiyinə dair əlimizdə tarixi sübutlar var. Beləliklə, Azərbaycan xalqı Ermənistana qarşı müəyyən iddialarla çıxış edə bilər. Gərək, Ermənistan bunu nəzərə alsın.

Forumda cənab Prezidentin xüsusi diqqət ayırdığı məsələlərdən biri də Minsk qrupu barədə idi. 44 günlük müharibədə rüsvayçı məğlubiyyətə uğrayan Ermənistan öz məğlubiyyəti konpensasiya etmək üçün Minsk qrupunu yenidən danışıqlar prosesinə cəlb etmək istəyir. Əli hər şeydən üzülən Ermənistan hakimiyyəti bununla status məsələsini bir müddət gündəlikdə saxlamağı niyyət güdür. Sözsüz ki, Rusiya ilə Ukrayna arasında gedən müharibə bu qurumun yenidən dirçəlmək ehtimalını tamamilə istisna edir.

Bundan başqa, hazırda danışıqlar masasında şərtlər Azərbaycan diqtə edir. Biz istəmədiyimiz hansısa şərti və ya formatı gündəliyə gətirmək mümkün deyil. Üstəlik, həm Qərbin, həm də Rusiyanın mövqeyi onu deməyə əsas verir ki, Minsk qrupunun yenidən prosesə cəlb edilməsi aktual deyil”.

Tags: ErmənistanMüharibə

DAHA ÇOX OXU

Cəmiyyət

Sumqayıtda əri tərəfindən zorakılıqla üzləşən qadınla bağlı RƏSMİ MƏLUMAT

03/07/2022
Cəmiyyət

Hava proqnozu AÇIQLANDI: İyulun 5-dək…

03/07/2022
Analiz

Beşinci doza vaksin vurulacaq? – Pfizerin baş direktorundan açıqlama

03/07/2022
1-MANŞET

Azərbaycanda at fermasının sahibi həbs edildi

03/07/2022
1-MANŞET

Dünən dəhşətli qəzada həlak olan Orxan, Sona və övladlarının VİDEOSU

03/07/2022
1-MANŞET

Toyuna 1 həftə qalmış nişanlısı tərəfindən döyülən azərbaycanlı müğənni

03/07/2022
SON XƏBƏR

Dünyada onun kimi “əvvəl düşündürən sonra güldürən” lətifə qəhrəmanı tapmaq çətindir-Xaqani Əliyev

Zooparkda ölüm - Pələngi sığallamaq istəyərkən...

Pərvin Abıyeva mülklərinin sayını AÇIQLADI: "2 bina, 1 bağ evi..."

Xəbər lenti

“Moskva-Siti” göydələnlərinin birində yanğın baş verib – VİDEO

2022/07/04 05:37

Danimarkada ticarət mərkəzində atışma: Yaralananlar var – VİDEO

2022/07/04 04:15

Azərbaycanda idmançı faciəli şəkildə öldü

2022/07/03 13:28

Sumqayıtda əri tərəfindən zorakılıqla üzləşən qadınla bağlı RƏSMİ MƏLUMAT

2022/07/03 13:07

Qurban Qurbanov təlim-məşq toplanışından danışdı: Məni narahat edən… – VİDEO

2022/07/03 12:53

Qazax Psixiatriya Xəstəxanasında xəstələrin həyatı təhlükə altına düşüb – FOTO, VİDEO

2022/07/03 12:43

Azərbaycanda Təcili Tibbi Yardım Şöbəsinin sürücüsü bıçaqlanıb

2022/07/03 12:40

Hava proqnozu AÇIQLANDI: İyulun 5-dək…

2022/07/03 12:33

3 gün əvvəl dövlətə xəyanətə görə həbs edilən rusiyalı alim öldü

2022/07/03 12:26

Beşinci doza vaksin vurulacaq? – Pfizerin baş direktorundan açıqlama

2022/07/03 12:13

Bu ölkədə könüllü hərbi xidmətə görə aylıq 323 avro veriləcək

2022/07/03 12:01

Ögey atadan dəhşətli əməllər: 2 il uşaqların üzərində siqareti söndürüb, üstlərinə qaynar su töküb, ac qoyub…

2022/07/03 11:48

Pakistan Silahlı Qüvvələrinin rəhbəri İran Prezidenti ilə görüşdü

2022/07/03 11:37

Azərbaycanda at fermasının sahibi həbs edildi

2022/07/03 11:24

“Pfizer”in baş direktoru pandemiyanın yeni dalğasının başladığını elan etdi

2022/07/03 11:11

Qəzada ölən arvadını iki il sonra televiziyada gördü şok oldu

2022/07/03 10:59

Dünən dəhşətli qəzada həlak olan Orxan, Sona və övladlarının VİDEOSU

2022/07/03 10:46

Toyuna 1 həftə qalmış nişanlısı tərəfindən döyülən azərbaycanlı müğənni

2022/07/03 10:33

Son aylarda kəskin narazılığa səbəb olan nazir İSTEFA VERDİ

2022/07/03 10:20

Hansı müğənninin əməliyyatdan sonra ombası çürüyüb?

2022/07/03 10:07

Günel TikTok-dan qazandığı məbləği açıqladı

2022/07/03 09:55

Aytac Amerikaya gedən həyat yoldaşı ilə ayrıldığını açıqladı

2022/07/03 09:43

“Akıncı”nın lazerli raket sınaqları uğurlu oldu – VİDEO

2022/07/03 09:31

Daha bir müəllim məzun günündə rəqsi ilə gündəm oldu- VİDEO

2022/07/03 09:16

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.