Rusiyanın Ukraynaya hücumları davam edərkən, Ukraynanın Çerniqov Rayon Prokurorluğu həyatını itirən mülki şəxslərlə bağlı açıqlama verib.
Medianews.az xəbər verir ki, Çerniqov Rayon Prokurorluğu bəyan edib ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Rusiya ordusu Çerniqov vilayətində 478 dinc sakini öldürüb, 692 nəfəri isə yaralayıb.
Açıqlamada həyatını itirən mülki vətəndaşlardan 334-nün kişi, 122-nin qadın, 22-nin uşaq olduğu bildirilib. Prokurorluq bəyan edib ki, dinc əhalinin əksəriyyəti Rusiya ordusunun artilleriya atəşi və hava zərbələri nəticəsində həlak olub.
Leyla, Medianews.az