Ukraynaya kifayət qədər dəstək vermədiyi üçün tənqid hədəfinə çevrilən Almaniya kansleri Olaf Şolz Kiyevə səfər edəcək.
Medianews.az xəbər verir ki, müharibənin 3 aydan çoxdur davam etməsinə baxmayaraq, Ukraynaya getməyən Şolz ağır tənqidlərə məruz qalmışdı.
Almaniyada dərc edilən qəzetdə Scholzun 26-28 iyun tarixlərində Almaniyada keçiriləcək G7 sammitindən əvvəl Kiyevə səfər edəcəyini iddia edilib. Qəzet Şolzun Fransa Prezidenti Emmanuel Makron və İtaliyanın baş naziri Mario Draqi ilə birlikdə Ukraynaya səfər edəcəyini açıqlayıb.
Qeyd olunub ki, Draqinin səfərə qatılması ideyası Fransadan gəlib.
Bildirilir ki, səfərlə üç lider Aİ-nin Kiyevə güclü dəstək mesajını çatdıracaq.
Leyla, Medianews.az