Ukraynadan gündəlik hərbi itkilərlə bağlı açıqlama gəlib.
Medianews.az xəbər verir ki, Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyak bəyan edib ki, Ukraynanın Rusiya ilə davam edən müharibədə itkiləri gündə 100-200 arasındadır.
Ukraynanın yüksək itki verməsinin əsas səbəblərindən birinin Ukrayna ilə Rusiya arasındakı hərbi güc fərqləri ilə bağlı olduğunu qeyd edən Podolyak, Ukraynanın Qərbin təmin edə biləcəyi ən güclü artilleriya sistemlərindən bir neçəsinə deyil, yüzlərlə insana ehtiyacı olduğuna diqqət çəkib.
Ukraynanın Rusiyanın atəş gücünə cavab verməsi və işğal altındakı ərazilərini azad etməsi üçün 300 raket qurğusuna ehtiyacı olduğuna diqqət çəkən Podolyak, “Rusiya ciddi hərbi məğlubiyyətə uğramadan heç bir dialoq mümkün olmayacaq və ölkəmizin bir hissəsini almağa çalışacaqlar “,-deyə bildirib.
Leyla, Medianews.az