Yunanıstan dünəndən bəri meşə yanğınları ilə mübarizə aparır. Şənbə günü ölkə üzrə 61 meşə yanğını baş verib.
Medianews.az xəbər verir ki, güclü külək və havanın isti keçməsi yanğınların yayılmasına şərait yaradır.
Yanğınsöndürmə idarəsinin verdiyi məlumata görə, yanğının yaratdığı tüstü səbəbindən Ano-Vula şəhərətrafı qəsəbəsində yüzlərlə insan təxliyə edilib. Yanğın nəticəsində bir çox bina zərər görsə də, hələlik can itkisi ilə bağlı məlumat paylaşılmayıb.
Yanğının söndürülməsində 300-ə yaxın yanğınsöndürən, 65 texnika, 2 helikopter və 2 təyyarə iştirak edib.
Yunanıstanın İqlim Böhranı və Mülki Müdafiə naziri Kristos Stilianides dövlət televiziyasına verdiyi açıqlamada, “iqlim dəyişikliyinə görə bu yay çox çətin olacaq”,-deyə bildirib.
Leyla, Medianews.az