Cümə axşamı, 26 May 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews
No Result
View All Result

“Rusiyanın Ukrayna müharibəsində məğlub olması nüfuzunu itirməsi ilə nəticələnə bilər”

“Rusiyanın Ukraynada apardığı işğalçı müharibə rəsmi Kremlin gücünü günbəgün tükədir”.

Əli
12/05/2022 19:04
0
38
BAXIŞ
FacebookTwitterTelegram

 

Bu sözləri siyasi şərhçi Turan Rzayev Medianews.az saytına açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, rəsmi Moskva müharibəni inadla davam etdirmək istəsə də müharibənin uzanması Kremlə əlavə problem yaradır.

“Bundan başqa, Rusiyanın Ukrayna müharibəsində məğlub olması arxa baxçası adlandırdığı bir çox regionda, konkret ölkələrdə nüfuzunu itirməsi ilə nəticələnə bilər. Belə ölkələrdən biri də Moldovadır.
Rusiyanın Ukraynada məğlub olub geri çəkilməsi ən çox Moldovanın maraqlarına uyğundur. Belə ki, rəsmi Kişinyov Ukrayna müharibəsi gedişində Kremlin ehtimal hədəf ölkələrindədir. Hətta bir müddət öncə Moldovanın Dnestryanı bölgəsində separatçı respublikanın paytaxtı Tiraspol şəhərində, “dövlət təhlükəsizlik nazirliyi”nin binası yaxınlığında partlayış baş vermişdi. Hadisə sonrasında Moldova Prezidenti Maya Sandu Dnestryanıda baş verən hadisələrlə bağlı Təhlükəsizlik Şurasının iclasını çağırmış, Rusiya silahlı bölmələri isə tanınmamış Dnestryanıda tam döyüş hazırlığı vəziyyətinə gətirilmişdi.
Rusiya keçmiş MDB ölkələri içərisində ən çox Moldovaya təsir etmək gücünə sahibdir. Belə ki, Moskva Kişinyova tanınmamış Dnesteryanı Qaqauziya və ya daxildəki rus meyilli qüvvələr üzərindən uzun illərdir təzyiq edir. Bu mənada Rusiyanın Ukrayna ilə müharibədə məğlub olması ya da “pir qələbəsi“ qazanması Kişinyovun maraqlarına uyğundur”.

Siyasi şərhçinin sözlərinə görə, Kremlin təzyiqi olmasa Unionizm hərəkətı qalib gələr.

“Unionizim hərkatı çox bilinməsədə dünyanın ən köklü hərəkatlarındandır. Rumın dilində “Unirea” birlik deməkdir. Rumıniya və Moldovanın birləşməsi, ya da unionizm hərəkatı, Moldova və Rumıniyanın müasir dövlətlərində fərqli xüsusiyyətlərə və fərqli dəstək səviyyələrinə sahib olan ictimai və siyasi-iqtisadi hərəkatdır.

Bu ideya uzun bir tarixə sahibdir və XIV əsrdə ilk orta əsr Dunay knyazlıqlarının yaranmasından ta bu günə qədər davam edir.
Prinsip etibarilə moldovan deyə bir xalq yoxdur. Bu gün özünü moldovan adlandıranlar əslində rumınlar ilə eyni millətdir. 1918-ci ildə Kişinyovda yerləşən yerli idarəetmə orqanı qonşu ölkə ilə birləşmə qərarı verdikdən sonra Rumıniya ordusu Moldovaya daxil olub. 1940-cı ilin iyununda Sovet İttifaqı Moldovanı öz ərazisinə qatsa da, 1991-ci ildə Kişinyov müstəqilliyini qazana bilib.

Moldova müstəqil olduqdan sonra bu bir millətin iki dövlətinin birləşməsi yenidən gündəmə gəldi. Panrumınizm hərəkatı hər iki dövlətin siyasi ritorikasında əsas yeri tuturdu. Dövlətin rəsmi dövlət dili rumın dili, rəsmi dövlət valyutası isə leu olan Rumıniya və Moldovada XX əsrin sonlarına yaxın birləşmə hərəkatı bir qədər zəifləsə də XXI əsin ikinci onilliyində yenidən gücləndi. Rumınlar Moldova ilə birləşmənin və Moldavanın Avropa İttifaqına inteqrasiyasının tərəfdarıdırlar. Hətta 2018-ci ildə Rumıniya Parlamenti tarixən “Bessarabiya” kimi tanınan bugünkü Moldova torpaqlarının Rumıniya ilə birləşməsinin 100-cü ildönümü münasibətilə keçirdiyi birgə anma toplantısında Moldova ilə inteqrasiya niyyəti haqqında deklarasiyanı açıqca elan etdi.
Moldovada isə vəziyyət bir qədər fərqlidir. Belə ki, moldovanlar əsrlərlə davam edən rus işğalının nəticəsi kimi bu birləşməyə rumınlar qədər maraq göstərmirlər. Eks-prezident İqor Dodon hakimiyyəti dövründə moldovanların təxminən 60 faizi birləşmə əleyhinə idi və ruspərəst mövqe sərgiləyirdi”.

Siyasi şərhçi açıqlaması zamanı bildirib ki, Moldovanın indiki Prezidenti xanım Maya Sandu isə Rusiyanın Ukraynada başlatdığı işğalçı müharibəyə qədər bu məsələdə neytral mövqe sərgiləyirdi.

“Misal üçün xanım Sandu Rusiya-Ukrayna müharibəsi öncəsi Jurnal TV telekanalına müsahibəsi zamanı iki ölkənin birləşməsinin mümkünlüyü ilə bağlı sualı cavablandıran zaman demişdi ki, “bu, yalnız xalqın dəstəyi ilə mümkündür. Hələ ki, xalq bunu istəmir və ya həmin hədəfi dəstəkləyən kritik kütlə hələ formalaşmayıb”. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi sonrası Kişinyovun da ehtimal hədəf olması xanım Sandu başda olmaqla, bir çox siyasi elita nümayəndəsinin Unionizm hərəkatına yanaşmasını dəyişdi. Hətta moldovanın sabiq baş naziri Yuri Lyanke Moldovanın hərbi təhlükəyə qarşı NATO və Avropa İttifaqının müdafiəsini təmin etməsi üçün Rumıniya ilə birləşməli olduğunu deyib. Moldova qanunvericiliyə görə, belə məsələlər respublika referendumuna çıxarılmalıdır.

Hesab edirəm indiki məqamda xanım Sandunu narahat edən bir sıra məqamlar var:
Birincisi, aydındır ki, Rumıniya və Moldovanın yenidən birləşməsinin öz xərcləri var. Moldova isə belə bir xərci qarşılayacaq iqtisadiyyata sahib deyil. Rəsmi statistikaya görə, Moldova Avropanın ən kasıb ölkələrindəndir. Lakin Moldovanın Rumıniyaya birləşməsinin faydaları da var. Belə ki, Moldova və Rumıniyanın birləşməsi ilk növbə də əhalinin artımının 1/6 çoxalmasına gətirib çıxara bilər. İqtisadi baxımdan isə bu birləşmə illik 1,5-2% ümumi isə 4% iqtisadi artıma səbəb ola bilər. Bundan başqa Moldovanın Rumıniyaya birləşməsi investisiya cəlbediciliyinin artması, daxili bazarın böyüməsi bankların və iri biznes şirkətlərinin genişləndirilməsi ilə də nəticələnə bilər.

İkincisi, mümkündür ki, xanım Sandu bu müsbət dividentləri bilir, lakin daha ciddi risklərdən ehtiyat edir. İndiki məqamda ən çətin məsələ Dnestryanı və Qaqauziyadır. Kremlin belə bir birləşməyə razı olmayacağı açıqca ortadadır. Xüsusilə bu narazılığını qaqauzlar üzərindən sərgiləyir. Qaqauzlar Moldovanın Rumıniyaya birləşmsi halında öz müqəddaratını təyin edəcəyinə dair Kişinyova bir neçə dəfə xəbərdarlıq edib.

Bütün bunlara baxmayaraq Rusiyanın Ukrayna ilə müharibədə qələbə qazanması mümkün görünmür. Kreml hər gün gücünü biraz da tükədir. Rusiya müharibədə məğlub olsa bu gün Baltik ölkələri və Polşada olduğu kimi Ukrayna və Moldovaya da təzyiq imkanları zəifləyəcək. Bu isə rumınlara tarixi birləşmə üçün ən ideal fürsəti verəcək”,-deyə açıqlamasında bildirib.
Leyla

Tags: KremlMüharibəRusiyaukrayna

DAHA ÇOX OXU

Türkiyə aviasiyası terrorçuları bombardman edib
2- QAYNAR XƏBƏR

Türkiyə aviasiyası terrorçuları bombardman edib

26/05/2022
İsrail Prezidenti İlham Əliyevə zəng edib
1-MANŞET

İsrail Prezidenti İlham Əliyevə zəng edib

26/05/2022
Dünya Bankından devalvasiya xəbərdarlığı: “Qlobal çöküş qaçılmaz ola bilər”
1-MANŞET

Dünya Bankından devalvasiya xəbərdarlığı: “Qlobal çöküş qaçılmaz ola bilər”

26/05/2022
“Mərakeşlilər kimi azərbaycanlılar da çayı çox sevir”
1-MANŞET

“Mərakeşlilər kimi azərbaycanlılar da çayı çox sevir”

26/05/2022
Dünya liderləri İlham Əliyevi təbrik edir – YENİLƏNDİ
1-MANŞET

Dünya liderləri İlham Əliyevi təbrik edir – YENİLƏNDİ

26/05/2022
Çin lideri: “Azərbaycanla münasibətlərin inkişafına xüsusi əhəmiyyət verirəm”
1-MANŞET

Çin lideri: “Azərbaycanla münasibətlərin inkişafına xüsusi əhəmiyyət verirəm”

26/05/2022
SON XƏBƏR
Azərbaycan quru sərhədlərini açır? – Tarix məlum oldu

Azərbaycan quru sərhədlərini açır? - Tarix məlum oldu

Bakıda fəhlə yeni tikilən binadan yıxılaraq ölüb

Bakıda fəhlə yeni tikilən binadan yıxılaraq ölüb

Koronavirusa yoluxanların sayı açıqlandı

Koronavirusa yoluxanların sayı açıqlandı

Xəbər lenti

Türkiyə aviasiyası terrorçuları bombardman edib

Türkiyə aviasiyası terrorçuları bombardman edib

2022/05/26 20:36

İsrail Prezidenti İlham Əliyevə zəng edib

İsrail Prezidenti İlham Əliyevə zəng edib

2022/05/26 19:58

MEDİA Agentliyi ənənəvi mediadan yeni mediaya keçid prosesini beynəlxalq ekspertlərlə müzakirə edib – FOTO

MEDİA Agentliyi ənənəvi mediadan yeni mediaya keçid prosesini beynəlxalq ekspertlərlə müzakirə edib – FOTO

2022/05/26 19:42

Məşhur blogerdən maraqlı TƏKLİF – Dubaya getməyə özünə dost axtarır

Məşhur blogerdən maraqlı TƏKLİF – Dubaya getməyə özünə dost axtarır

2022/05/26 17:52

BBC-dən qalmaqallı səhv: “Mançester Yunayted zibildir” yazısı azarkeşləri özündən çıxardı (VİDEO)

BBC-dən qalmaqallı səhv: “Mançester Yunayted zibildir” yazısı azarkeşləri özündən çıxardı (VİDEO)

2022/05/26 17:44

Dünya Bankından devalvasiya xəbərdarlığı: “Qlobal çöküş qaçılmaz ola bilər”

Dünya Bankından devalvasiya xəbərdarlığı: “Qlobal çöküş qaçılmaz ola bilər”

2022/05/26 17:42

Bir anlıq diqqətsizlik qadın sürücüyə baha başa gəldi – ANBAAN VİDEO

Bir anlıq diqqətsizlik qadın sürücüyə baha başa gəldi – ANBAAN VİDEO

2022/05/26 17:18

“Mərakeşlilər kimi azərbaycanlılar da çayı çox sevir”

“Mərakeşlilər kimi azərbaycanlılar da çayı çox sevir”

2022/05/26 16:56

Bəzi siqaretlərin qiyməti qalxıb – AÇIQLAMA

Bəzi siqaretlərin qiyməti qalxıb – AÇIQLAMA

2022/05/26 16:40

Əməkdar artist: “Qadın var, kişi hamamda çiməndə belini ovur”

Əməkdar artist: “Qadın var, kişi hamamda çiməndə belini ovur”

2022/05/26 16:38

Cazibədar modelin sinəsinə sabiq deputatın adını yazdılar – SƏBƏB / VİDEO

Cazibədar modelin sinəsinə sabiq deputatın adını yazdılar – SƏBƏB / VİDEO

2022/05/26 16:34

Dünya liderləri İlham Əliyevi təbrik edir – YENİLƏNDİ

Dünya liderləri İlham Əliyevi təbrik edir – YENİLƏNDİ

2022/05/26 15:44

Çin lideri: “Azərbaycanla münasibətlərin inkişafına xüsusi əhəmiyyət verirəm”

Çin lideri: “Azərbaycanla münasibətlərin inkişafına xüsusi əhəmiyyət verirəm”

2022/05/26 15:29

Röya Ayxan: “Özümə yekə qulaq qoydurmaq istəyirəm” – VİDEO

Röya Ayxan: “Özümə yekə qulaq qoydurmaq istəyirəm” – VİDEO

2022/05/26 15:19

İlham Əliyevlə birinci xanım Füzuli və Cəbrayıla getdi

İlham Əliyevlə birinci xanım Füzuli və Cəbrayıla getdi

2022/05/26 15:04

Bakıda Afrika Günü ilə bağlı mərakeşli fotoqrafın sərgisi açılıb – Fotolar

Bakıda Afrika Günü ilə bağlı mərakeşli fotoqrafın sərgisi açılıb – Fotolar

2022/05/26 14:57

Bakıda 47 yaşlı kişini döyə-döyə öldürdülər

Bakıda 47 yaşlı kişini döyə-döyə öldürdülər

2022/05/26 14:55

Çavuşoğlu: “Ukraynada atəşkəs müzakirələri ikinci plana keçib”

Çavuşoğlu: “Ukraynada atəşkəs müzakirələri ikinci plana keçib”

2022/05/26 14:42

İran XİN başçısı: “Ukraynaya hücumu kəskin şəkildə pisləyirik”

İran XİN başçısı: “Ukraynaya hücumu kəskin şəkildə pisləyirik”

2022/05/26 14:16

Müdafiə Nazirliyindən Ermənistana məxsus PUA-nın vurulması ilə bağlı RƏSMİ AÇIQLAMA

5 min nəfərə “Müharibə veteranı” adı veriləcək

2022/05/26 13:57

Şəhid anası NALƏ ÇƏKDİ: “Kömək edin, balama verilən evi…” – VİDEOMÜSAHİBƏ

2022/05/26 13:34

Hadrutda televiziya stansiyası istismara veriləcək

Hadrutda televiziya stansiyası istismara veriləcək

2022/05/26 13:31

Cavid Qurbanovun yerinə gələn kimdir? – DOSYE

Cavid Qurbanovun yerinə gələn kimdir? – DOSYE

2022/05/26 13:25

AQTA-dan uşaq bağçasındakı görüntü ilə bağlı AÇIQLAMA

AQTA-dan uşaq bağçasındakı görüntü ilə bağlı AÇIQLAMA

2022/05/26 13:18

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • RU
  • EN

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.