Müğənni Manaf Ağayev “Səhər mərkəzi” verilişində “Güvəndiyim dağlar, sənə də qar yağarmış” atalar sözünü hansı sənət adamına şamil edə biləcəyi soruşulub. Ona Vasif Məhərrəmli, Afət Fərmanqızı və Mətanət Əsədovanın adı təqdim edilib.
Medianews.az-a danışan Afət Fərmanqızı qanunun hər kəs üçün eyni olduğunu vurğuladı:
“Biz Manaf Ağayevlə əvvəlkindən də yaxın dostuq. Əvvəl sənət dostu idiksə indi ailəvi dostuq. Planımız var ki, qarşıdakı aylarda həyat yoldaşımın restoranında konsert proqramı ilə çıxış edək.
Yalandan, boğazan yuxarı sözləri nənəm də danışar. İnsan düşünüb danışanda həyatda uduzmur və izləyicinin gözündə də dürüst biri kimi qalır.
Mən Manaf yox, qardaşım, oğlum, həyat yoldaşım da olsa eyni sözləri ifadə edərdim. Mənim üçün qanun alidir, şahdır. Biz hüquqi ölkədə yaşayırıq. Durub qanunun əleyhinə heç nə danışa bilmərəm, heç öz oğlum üçün də qanunun əleyinə heç nə danışmaram.
Manafla həbsdən çıxandan sonra bir-birimizə toylar da vermişik, danışıb dərdləşmişik də. Manaf heç zaman mənim haqqımda o sözü deyə bilməz. Mənim ona qarşı olan dostluq münasibətim həqiqidir, bunu gözəl bilir. Eyni zamanda mən də onun dostluq münasibətinin həqiqi olduğunu bilirəm. Manaf da bilir ki, Afət quru və boş danışmır.
Afət qaununa söykənib danışır. Onda belə çıxır ki, həyat yoldaşım həbs olunanda durub müğənniləri qınayardım ki, niyə sakit oturmusunuz? O nə deməkdir? Manaf həbsdə olanda onun ailəsi ilə əlaqə saxlamışdım, özüm də Rusiyada idim. O, həbsdən çıxanda zəng etdiyi ilk 5 adamdan biri də mən idim”.
Medianews.az