Şənbə, 13 Avqust 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Növbədə gelotologiyadır

Zamin Hacı
01/07/2014 10:09
0
BAXIŞ
FacebookTwitterTelegram
zamin yeni raz
Azərbaycan Milli Elmlər Akademiyasında, sən demə, İnsan Hüquqları İnstitutu da var imiş. Əhsən, bərəkallah. Mən elə bilirdim orda ancaq Səyavuş Novruzovun kainata təsiri, nanotexnoloji üsullarla nazir düzəltmək, hər polis dəyənəyinin fiziki gücü, qara dəliklə toqquşan deputatın spiker Oqtay Əsədova şikayəti tipli mövzuları araşdırırlar. Sən demə, spektr daha geniş imiş. İnsan hüquqları… Akademiya… Fısqırıq söhbətdir. Oxucular üzrlü saysın, bunu izah eləmək mənim olmayan intellektim xaricindədir.
Hələ bu harasıdır? Dünən oxuduğum xəbərdən az qala dəli olacaqdım. Yazmışdılar ki, bu İnsan Haqları İnstitutunun direktoru olan xanım (adı önəmli deyil) iyulun 1-də, yəni elə bu gün doktorluq işi müdafiə eləməyə hazırlaşır, mövzusu da belədir: “Bioetika və insan hüquqlarının nəzəri problemləri”. Dəhşətdir. Adamın tükləri biz-biz olur. Görəsən, xanım müdafiə elədimi? Nigarançılıq pis şeydir, böyük Mirzə demişkən.
Bioetika çox qəliz elmdir. Bunun insan hüquqları ilə əlaqəsi isə o deməkdir ki, məsələn, bir adam evtanaziya eləyib ölmək istəyir, bu halda nə qayıraq? Yaxud abort insan haqlarının pozulması, ölüm hökmüdür, ya yox? Demək, bizim AMEA insan hüquqlarını elə səviyyədə öyrənib qurtarıb ki, artıq bu cür işlərə girişibdir. Siyasi dustaqlar, vicdan məhbusları qoy zindanda çürüsünlər. Onları araşdırana pul vermirlər. Verəndə də xarici qara qüvvələr verir.
Azərbaycanın bioetika problemlərini araşdırmağa girişməsi o deməkdir ki, dünyanın axırı doğrudan çatıbdır. Çünki biz dəfələrlə görmüşük, hara bir damcı neftimiz düşsə orda çürümə, iylənmə prosesləri sürətlə başlayıb, heç amputasiyanın da köməyi olmamışdır. Avropa Şurası, ATƏT, BMT məhv elədiyimiz, içinə oturduğumuz qurumlardan cüzi qismidir. Biz bununla qürur duyuruq. İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir – rəhbərin dahi kəlamında deyilən kimi.
Söz düşmüşkən, bu bioetikanı da qayırandan sonra bizim şanlı alimlər ordusunun qarşısında duran növbəti zirvələr fikrimcə filematologiya (öpüşmək haqda elm), hominologiya (qar adamını öyrənmə elmi), settleretika (ölən adamın beynindən informasiyanı endirmək üsullarını öyrənir) və gelotologiya (gülüş haqda elm) kimi elm sahələri olmalıdır. Sonuncuya xüsusilə ehtiyac var, çünki AMEA araşdırmalarını oxuyan zəhmətkeşlərimiz gülməkdən ölə bilərlər, onları həyatda saxlamaq isə alimlərimizin borcudur. Sviftin xiyardan Günəş enerjisi alan qəhrəmanı ola bilsin məhz AMEA İnsan Haqları İnstitutunun əməkdaşı imiş.
Bizim elmdə bir önəmli istiqamət də var, onu yaddan çıxartsam başıma daş düşərdi. Bu istiqaməti qısa olaraq “Eynşteynin axmaqlığını sübut eləmək” adlandıra bilərik. Hər hansı şəxsin üzünə AMEA qapıları açılmasında hətta ilkin şərtlərdən biri budur ki, adam gərək Eynşteyndə hansısa səhv tapsın. Vəssalam, bununla səni kolxoza qəbul eləyirlər, gedirsən bir qıraqda inək sağırsan. İndiyə qədər Azərbaycan alimləri Eynşteyndə minlərlə səhv tapıblar. Rəhmətlik Eynşteyni öləndən sonra yandırıb külünü yelə veriblər, ancaq bizim alimlərimiz hər il onun külünü növbəti dəfə göyə sovururlar. Alimlərimiz Eynşteynin elmi əsərlərini dəlmədeşik eləyiblər, orda bir qarış salamat yer qoymayıblar. Özü də bu faydalı fəaliyyətlə təkcə fiziklərimiz, riyaziyyatçılarımız məşğulat eləmir, “Kənd təsərrüfatında nisbilik nəzəriyyəsi: iki eşşəyin arpasını necə düzgün bölmək olar” mövzusunda elmi işlərimiz vardır.
Sonda görkəmli yazıçımız Seyran Səxavətdən xahiş edirik Tərcümə Mərkəzinə getsin, Afaq Məsudu çıxardıb Səlim Babullaoğlunu haqlı kabinetinə yerləşdirsin, Anar müəllim çətinliklə üzləşib, bacarmır.

 

DAHA ÇOX OXU

Dil uğrunda savaşdan SAĞ çıxanlar Vətəni necə xilas etdi – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə sözardı
Flash

Dil uğrunda savaşdan SAĞ çıxanlar Vətəni necə xilas etdi – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə sözardı

02/08/2022 13:50
Rəqəmlər balet oynayanda
Köşə

Ey mənim ana dilim

02/08/2022 13:48
Bizim ajiotajların körükçüləri – Bir də müftəxor əcnəbi həmkarların lüksü
Flash

Bizim ajiotajların körükçüləri – Bir də müftəxor əcnəbi həmkarların lüksü

02/08/2022 13:48
“Meyit”lə yatanlar – erməni nekrofillərin bitməyən həyasızlığı
Köşə

“Meyit”lə yatanlar – erməni nekrofillərin bitməyən həyasızlığı

31/07/2022 10:07
Qürbətdə Yurd yeri
Köşə

Azərbaycanlı olmaq asanmı?

27/07/2022 11:45
Xocalı canisinin adamı Bakıya gələcək? – Mamicanyanın məkrli hədəfi
Köşə

Xocalı canisinin adamı Bakıya gələcək? – Mamicanyanın məkrli hədəfi

20/07/2022 11:59
SON XƏBƏR
1 İyul 2014

1 İyul 2014

İraqda öldürülən terrorçuların görüntüsü yayıldı (VİDEO)

İraqda öldürülən terrorçuların görüntüsü yayıldı (VİDEO)

ABŞ jurnalistinin qeyri-adi layihəsi (FOTO)

ABŞ jurnalistinin qeyri-adi layihəsi (FOTO)

Xəbər lenti

ÜST meymunçiçəyinin iki variantına yeni adlar verdi

ÜST meymunçiçəyinin iki variantına yeni adlar verdi

13/08/2022 16:11

Üçüncü kurs tələbəsi bədbəxt hadisə nəticəsində öldü- FOTO

Üçüncü kurs tələbəsi bədbəxt hadisə nəticəsində öldü- FOTO

13/08/2022 15:04

Bu qəndləri almayın – AQTA-dan xəbərdarlıq

Bu qəndləri almayın – AQTA-dan xəbərdarlıq

13/08/2022 14:59

Bakıda doğulan beşəmlərdən ikisinin vəziyyəti çox ağırdır – Açıqlama

Bakıda doğulan beşəmlərdən ikisinin vəziyyəti çox ağırdır – Açıqlama

13/08/2022 14:57

Nusret Gökçe 4 aylıq GƏLİRİ İLƏ HƏR KƏSİ ŞOKA SALDI – FOTO

Nusret Gökçe 4 aylıq GƏLİRİ İLƏ HƏR KƏSİ ŞOKA SALDI – FOTO

13/08/2022 14:47

“Green card”la ABŞ-a köçdü, Silikon Vadisində işə düzəldi: Azərbaycanlı gəncin uğur hekayəsi

“Green card”la ABŞ-a köçdü, Silikon Vadisində işə düzəldi: Azərbaycanlı gəncin uğur hekayəsi

13/08/2022 14:38

Mövqelərimiz 8 dəfə atəşə tutulub

Mövqelərimiz 8 dəfə atəşə tutulub

13/08/2022 14:26

Ukraynanın aylıq büdcə kəsiri təxminən 5 milyard dollardır

Ukraynanın aylıq büdcə kəsiri təxminən 5 milyard dollardır

13/08/2022 12:59

Ağalı sakinlərinin məşğulluğu üçün tədbirlərə başlanılıb, ilk ailə təsərrüfatları yaradılıb

Ağalı sakinlərinin məşğulluğu üçün tədbirlərə başlanılıb, ilk ailə təsərrüfatları yaradılıb

13/08/2022 12:39

Xarici jurnalistlərin akkreditasiyası ilə bağlı qərar

Xarici jurnalistlərin akkreditasiyası ilə bağlı qərar

13/08/2022 12:29

Dəhşətli qəzada həlak olan məşhur aktrisanın orqanları ehtiyacı olan insanlara bağışlanacaq – FOTOLAR

Dəhşətli qəzada həlak olan məşhur aktrisanın orqanları ehtiyacı olan insanlara bağışlanacaq – FOTOLAR

13/08/2022 12:22

Antalyaya uçan təyyarə Bakıda plandankənar eniş edib

Antalyaya uçan təyyarə Bakıda plandankənar eniş edib

13/08/2022 12:19

Türkiyədə İLK: Bu vəzifəyə qadın general olundu – FOTO

Türkiyədə İLK: Bu vəzifəyə qadın general olundu – FOTO

13/08/2022 12:13

Zakir Həsənov Ordumuza Laçın dəhlizi ilə bağlı tapşırıqlar verdi

Zakir Həsənov Ordumuza Laçın dəhlizi ilə bağlı tapşırıqlar verdi

13/08/2022 12:13

Çavuşoğlunun açıqlamalarından sonra suriyalılar üsyana qalxdı – VİDEO

Çavuşoğlunun açıqlamalarından sonra suriyalılar üsyana qalxdı – VİDEO

13/08/2022 12:06

Məşhur yazıçını “Şeytan ayələri” kitabını yazdığına görə boynundan bıçaqlandılar – ANBAAN VİDEO

Məşhur yazıçını “Şeytan ayələri” kitabını yazdığına görə boynundan bıçaqlandılar – ANBAAN VİDEO

13/08/2022 11:55

Sentyabrda Rəcəb Tayyib Ərdoğan və Cozef Bayden arasında görüş ola bilər

Sentyabrda Rəcəb Tayyib Ərdoğan və Cozef Bayden arasında görüş ola bilər

13/08/2022 11:30

Rəsmi Bakıdan sərt bəyanat

Azərbaycanda xarici media nümayəndələrinin akkreditasiyası qaydaları təsdiqlənib

13/08/2022 11:16

Elnur Allahverdiyev: “Qərbi Zəngəzura, Göyçəyə, İrəvana qayıtmağımız zaman məsələsidir”

Elnur Allahverdiyev: “Qərbi Zəngəzura, Göyçəyə, İrəvana qayıtmağımız zaman məsələsidir”

13/08/2022 11:08

MİQ üzrə müsahibə bu vaxt başlayır

MİQ üzrə müsahibə bu vaxt başlayır

13/08/2022 10:50

Qırğızıstandan Antalyaya uçan təyyarə Bakıya təcili eniş etdi

Qırğızıstandan Antalyaya uçan təyyarə Bakıya təcili eniş etdi

13/08/2022 10:29

ÜST meymununçiçəyinin iki variantının adını dəyişdi: səbəb nədir?

ÜST meymununçiçəyinin iki variantının adını dəyişdi: səbəb nədir?

13/08/2022 10:16

ABŞ Avropaya daha 260 hərbçi göndərəcək

ABŞ Avropaya daha 260 hərbçi göndərəcək

13/08/2022 10:08

Baş nazir sülhməramlıları tənqid etdi, Rusiya XİN-dən sərt cavab aldı

Baş nazir sülhməramlıları tənqid etdi, Rusiya XİN-dən sərt cavab aldı

13/08/2022 09:57

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.