Medianews.az
Dəhşətli ailə faciəsi:
137 baxış

Dəhşətli ailə faciəsi: 8 uşaq güllələnərək öldürüldü - FOTO

ABŞ-də silahlı hücum nəticəsində 8 uşaq həyatını itirib.

Medianews.az xəbər verir ki, hadisə Luiziana ştatının Şrivport şəhərində baş verib.

 Qurbanların 3-11 yaş aralığında olduğu, 7-sinin hücumçunun öz övladları olduğu bildirilib.

Polisin məlumatına görə, 31 yaşlı Şamar Elkins əvvəlcə həyat yoldaşını ağır yaralayıb, daha sonra üç ayrı evdə uşaqlara atəş açıb. Hadisə zamanı iki qadın da yaralanıb, onlardan birinin vəziyyəti ağırdır. Bir uşaq qaçmağa çalışarkən xəsarət alsa da, həyati təhlükəsi yoxdur.

Hücumdan sonra avtomobil qaçıraraq hadisə yerindən uzaqlaşan şübhəli polis təqibi zamanı zərərsizləşdirilib. Fakt üzrə araşdırma aparılır.

Rəsmilər hadisəni “ailədaxili hücum” kimi qiymətləndirirlər. Şəhər rəhbərliyi bunu Şrivportun tarixində ən ağır faciələrdən biri adlandırıb.

Medianews.az

 

Bizə qoşulun