ABŞ-də 36 yaşlı Metyu Kodi Boll 13 il ərzində azyaşlı uşaqlara qarşı zorakılıq törətdiyi üçün məhkəmə tərəfindən 438 il həbsə məhkum edilib.
Medianews.az xəbər verir ki, cinayətlər 2011-ci ildən başlayaraq Tennessi və Texas ştatlarında baş verib.
İstintaq bir 10 yaşlı qızın cəsarətlə böyüklərə başına gələnləri danışmasından sonra açılıb. Daha sonra daha beş uşaq ifadə verib – ümumilikdə altı qurban müəyyən edilib. Onların arasında cəmi 4 yaşı olan uşaq da olub.
Məhkəmə prosesində 9 zorlamanın və digər seksual cinayətlərin sübutu təqdim olunub. Münsiflər heyəti cəmi 20 dəqiqəyə yekdilliklə Bollu təqsirli bilib. Hakim onun şərti azadlığa buraxılma imkanını tamamilə istisna edib.
Medianews.az