ABŞ-nin İran bayraqlı “Touska” yük gəmisinə atəş açaraq müdaxilə etməsindən sonra Tehran cavab addımı atıb. İran Silahlı Qüvvələri ABŞ-yə məxsus bəzi hərbi gəmilərə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.
Medianews.az xəbər verir ki, bununla bağlı “Tasnim” xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, ABŞ qüvvələri xəbərdarlıqlara baxmayaraq dayanmadığını bildirdikləri gəminin mühərrik bölməsini hədəfə alaraq onu dayandırıb və nəzarətə götürüb. İran tərəfi isə bu addımı “qanunsuz” adlandıraraq cavab verəcəyini bəyan edib.
İran mediası hücumların yalnız PUA-larla məhdudlaşmadığını, bəzi ABŞ hərbi obyektlərinin də hədəf alındığını iddia edir
ABŞ prezidenti Donald Tramp müdaxiləni təsdiqləyərək bildirib ki, İran ekipajı əmrlərə tabe olmayıb və gəmi bu səbəbdən zərərsizləşdirilərək nəzarət altına alınıb.
Medianews.az