Medianews.az
Canlı yayımında bıçaqlı hücum: izləyicilər hədiyyə göndərməyə davam etdi -
82 baxış

Canlı yayımında bıçaqlı hücum: izləyicilər hədiyyə göndərməyə davam etdi - VİDEO

Türkiyədə “Karagül” adı ilə TikTok platformasında canlı yayım açan qadın yayım zamanı bir nəfəri bıçaqlayıb və yayımı dayandırmayıb.

Medianews.az xəbər verir ki, hadisə sosial şəbəkələrdə ciddi narazılıq doğurub.

Kadın bir əli ilə bıçaqdan istifadə edərkən, digər əli ilə telefonu tutaraq baş verənləri canlı yayımlayıb. Diqqət çəkən məqamlardan biri isə bəzi izləyicilərin həmin anlarda belə yayım üzərindən hədiyyə göndərməyə davam etməsi olub.

Hadisə ilə bağlı daxil olan məlumat əsasında qadın saxlanıb. O, hətta polis avtomobilində olarkən də yayımı dayandırmayıb.

Yaralının vəziyyətinin araşdırıldığı, fakt üzrə istintaqın başladıldığı bildirilib.

Məlumata görə, “Karagül” kimi tanınan M.C. daha əvvəl də uşaqlara qarşı zorakılıq iddiaları ilə gündəmə gəlib. Aparılan araşdırmalardan sonra onun üç övladı dövlət himayəsinə götürülüb, sosial media hesablarına isə məhdudiyyət tətbiq olunub.

Medianews.az

 

Bizə qoşulun