Medianews.az
Oyunlara aludə olan 91 yaşlı qadın
79 baxış

Oyunlara aludə olan 91 yaşlı qadın "itkin" DÜŞDÜ

ABŞ-də 91 yaşlı qadın video oyunlarına olan həvəsinə görə ailəsini və polisi narahat edib.

Medianews.az xəbər verir ki, hadisə Ohayo ştatında baş verib.

Qadın həssas insanların vəziyyətini yoxlayan avtomatlaşdırılmış sistemə qoşulub və onun sağlıq vəziyyəti hər gün yoxlanılıb. Lakin 9 aprel tarixində isə o, zənglərə cavab verməyib. Dispetçer onun qızı ilə əlaqə saxlayıb, qızı isə anasının evdə olduğunu bildirib. Polis evə gəldikdə qadın nə telefon zənglərinə, nə də qapı siqnallarına reaksiya verməyib. Onun avtomobili qarajda idi və qonşular da qadının evdən çıxmadığını təsdiqləyiblər.

Polis evə daxil olaraq ən pis ehtimalları nəzərə alıb. Lakin qadın, video oyunları oynayarkən tam sağlam vəziyyətdə tapılıb. O, etiraf edib ki, oyuna o qədər aludə olub ki, zəngləri eşitməyib.

Medianews.az

Bizə qoşulun