ABŞ-də iki yaşlı oğlan ailəsinin avtomobilində baş verən təsadüfi atəş nəticəsində həyatını itirib.
Medianews.az xəbər verir ki, hadis Viskonsin ştatında, evin qarşısında, avtomobilin içində baş verib.
Valideynlər evdə unutduqları əşyanı götürmək üçün geri qayıdıb. Həmin vaxt 2 yaşlı uşaqla birlikdə maşında daha iki uşaq olub. Ailənin dörd yaşlı övladı avtomobilin ön panelində qoyulmuş tapançanı götürərək kiçik qardaşına vurub. Silah dolu olub və təsadüfən atəş açılıb.
Xilasetmə xidmətləri hadisə yerinə çatsa da, uşağın həyatını xilas etmək mümkün olmayıb. Polis bu faciənin qəsdən törədilmədiyini açıqlayıb.
Medianews.az