ABŞ-də Aleksis Hernandez adlı Nyu-Meksiko sakinin iki kişini öldürməsi ilə qətl hadisəsi baş verib.
Medianews.az verir ki, qətlə səbəb, cinayətkarın obsesif düşüncələri olub.
Silah səsləri ilə hadisə yerinə çağırılan polislər cinayətkarı evin giriş qapısında həbs edib. Hadisə yerində iki nəfərin cəsədi tapılıb. Biri güllə yarası alıb, digəri bıçaqlanıb. Hernandezdə ABŞ dəniz piyadaları zabitlərinə aid olan tapança və qılınc tapılıb.
Amerikalı polisə cinayəti həyatı üçün qorxduğu üçün törətdiyini deyib. O, qurbanlardan birini onu təqib etməkdə və işıq qurğularında gizlədilmiş kameralar vasitəsilə casusluq etməkdə ittiham edib. Hernandez deyib ki, o, hava dəliklərindən qorxulu səslər eşidib və guya kişini öldürmək üçün bir tarakandan əmr alıb.
Medianews.az