ABŞ-də Kayla Alvarenqa adlı qadın evinin qarşısında avtomobildə yuxuya gedən şəxsin öldürülməsini təşkil etdiyinə görə ömürlük həbs cəzasına məhkum edilib.
Medianews.az xəbər verir ki, hadisə 2022-ci ilin martında baş verib.
29 yaşlı Linver Ortis Ponse avtomobilini ictimai ərazidə saxlayaraq orada yuxuya gedib. Ev sahibi olan 19 yaşlı qız ondan ərazini tərk etməyi tələb etsə də, o imtina edib. Bundan sonra qadın tanışlarını çağırıb. Onlar kişini döyərək avtomobilini ələ keçiriblər.
Zərərçəkmiş polisə müraciət etmək üçün yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə qaçsa da, cinayətkarların hücumu nəticəsində həyatını itirib. Hadisədən sonra avtomobil meşəlik ərazidə tərk edilib, pul isə bölüşdürülüb.
Məhkəmə təşkilatçı kimi Alvarenqanı şərti azadlıqsız ömürlük həbsə məhkum edib. Digər təqsirləndirilənlərdən biri üzrə məhkəmə prosesi davam edir, azyaşlı iştirakçılar isə artıq günahlarını etiraf ediblər.
Medianews.az