Medianews.az
18 yaşlı türk üzgüçü
102 baxış

18 yaşlı türk üzgüçü tarix yazdı

Türkiyəli gənc üzgüçü Eda Savcıgil İtaliyada keçirilən nüfuzlu açıq su yarışında tarixi nəticəyə imza atıb.

Medianews..az xarici mediaya istinadən xəbər verir ki, 18 yaşlı ultra marafon üzgüçüsü İtaliyanın Kapri adasından Neapola qədər uzanan 28 kilometrlik Capri-Napoli marşrutunu 9 saata qət edib.

Bununla o, sözügedən marşrutu tamamlayan ilk türk idmançı olub.

Eda Savcıgil yarışda yalnız birincilik qazanmaqla kifayətlənməyib. O, həm marşrutu tamamlayan ən gənc iştirakçı olub, həm də qadın və kişi idmançılar arasında ən yaxşı nəticəni göstərərək parkur rekordunu yeniləyib.

Gənc idmançı sosial şəbəkə hesabında bu uğuru “təsvirolunmaz xoşbəxtlik” adlandırıb. O, növbəti hədəfinin dünyanın ən çətin açıq su keçidlərindən ibarət olan “Oceans 7” layihəsini uğurla başa vurmaq olduğunu bildirib.

Savcıgil yarışdan əvvəl yüngül zədə aldığını, eyni zamanda universitetə hazırlıqla məşqləri paralel davam etdirdiyini qeyd edərək, uğurunun arxasında əzmkarlıq və davamlı zəhmətin dayandığını vurğulayıb.

Medianews..az

Bizə qoşulun