Hollandiyada 13 yaşlı qız valideynlərinin qətli ilə bağlı şübhəli şəxs qismində saxlanıb.
Medianews.az xəbər verir ki, hadisə Qroningen vilayətinin Meerstad şəhərində baş verib.
53 yaşlı ər-arvadın meyitləri evlərində aşkarlanıb.
Polis istintaqın davam etdiyini və hadisənin bütün detalları ilə bağlı ekspertizaların aparıldığını açıqlayıb. Hazırda əlavə məlumat verilmir.
Medianews.az