104 oyunluq 23-cü dünya futbol çempionatında 308 qol vurulub.
Medianews.az bildirir ki, 1 oyunçu 10 qola, 1 oyunçu 8 qola, 2 oyunçu 7 qola, 2 oyunçu 6 qola, 1 oyunçu 5 qola imza atıb.
3 oyunçu 4 qolun, 18 oyunçu 3 qolun, 29 oyunçu 2 qolun, 121 oyunçu 1 qolun müəllifidir.
Turnirdə 14 avtoqol qeydə alınıb.
12 görüş 1:1 hesabı, 8 görüş 0:0 hesabı, 3 görüş 2:2 hesabı, 1 görüş 3:3 hesabı ilə yekunlaşıb.
15 oyunda 1:0 hesabı, 14 oyunda 2:1 hesabı, 11 oyunda 2:0 hesabı, 9 oyunda 3:1 hesabı, 8 oyunda 3:0 hesabı, 6 oyunda 3:2 hesabı, 5 oyunda 4:1 hesabı, 3 oyunda 5:1 hesabı, 2 oyunda 4:2 hesabı, 2 oyunda 5:0 hesabı, 2 oyunda 4:0 hesabı, 1 oyunda 6:4 hesabı, 1 oyunda 7:1 hesabı, 1 oyunda 6:0 hesabı qeydə alınıb.
2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçirilmiş çempionatda İspaniya qızıl medallara sahib çıxıb. Milli qrup mərhələsində Kabo Verde ilə sülhə razılaşıb (0:0), Səudiyyə Ərəbistanı (4:0) və Uruqvayı (1:0) udub, 1/16 finalda Avstriya (3:0), 1/8 finalda Portuqaliya (1:0), dörddə bir finalda Belçika (2:1), yarımfinalda Fransa (2:0), finalda Argentinadan (1:0) üstün olub.
Ümumilikdə Braziliya 5, İtaliya və Almaniya 4, Argentina 3, Uruqvay, Fransa və İspaniya 2, İngiltərə 1 çempionluq yaşayıb.
Toğrul Əli,
Medianews.az