Türkiyədə növbəti dəfə təbiət hadisəsi baş verib.
Metbuat.az xəbər verir ki, bu gün 09:41-də Balikəsirin Sındırgı rayonunda 4,1 bal gücündə zəlzələ olub. 10 saniyə sonra ikinci dəfə yer silkələnib. Bu dəfə zəlzələnin gücü 4 bal olub.
Altı min metr dərinlikdə baş verən zəlzələ zamanı dağıntı və insan tələfatı qeydə alınmayıb.