UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Torpedo" heyətinə yeni futbolçu cəlb edib.
Medianews.az xəbər verir ki, bu barədə Gürcüstan klubunun mətbuat xidməti məlumat yayıb.
Kutaisi təmsilçisi bolqarıstanlı yarlmmüdafiəçi Mateo Stamatovu transfer edilib. 27 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb. Mateonun son klubu "Septemvri Sofiya" (Bolqarsıtan) olub.
Xatırladaq ki, "Zirə" - "Torpedo" oyunu iyulun 8-də Mehdi Hüsenyzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək və saat saat 20:00-da başlayacaq. Cavab qarşılaşması isə iyulun 16-də Kutaisidə olacaq./Qol.az