Medianews.az
Zelenski Kiyevə gecə hücumundan danışdı:
146 baxış

Zelenski Kiyevə gecə hücumundan danışdı: "Balistik raketlər..."

Ukrayna paytaxtı Kiyev son ayların en dəhşətli və dağıdıcı hərbi zərbələrinə məruz qalıb.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunun bu gecə Kiyevə qarşı müharibənin ən kütləvi ballistik raket hücumlarından birini həyata keçirdiyini bəyan edib. Dövlət başçısının sözlərinə görə, düşmən qüvvələri müxtəlif tipli 40-dan çox raket və 120 zərbə pilotsuz uçuş aparatı (PUA) atıb ki, bu silahların da mütləq əksəriyyəti birbaşa paytaxtı hədəf alıb.

Hazırkı məlumatlara əsasən, Kiyev şəhəri və Kiyev vilayətində güclü partlayışlar nəticəsində 1 nəfər həyatını itirib, daha 16 dinc sakin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Dağıntılar altında qalanların xilas edilməsi və fəsadların aradan qaldırılması üçün operativ xidmətlər gücləndirilmiş rejimdə çalışır./Musavat.com

Bizə qoşulun