Medianews.az
Yuxuya getməyi asanlaşdıran
100 baxış

Yuxuya getməyi asanlaşdıran İÇKİLƏR

Həkim-somnoloq Roman Buzunov yuxunun keyfiyyətini yaxşılaşdırmağa kömək edən içkiləri açıqlayıb.

Medianews.az xəbər verir ki, mütəxəssis yatmazdan 30-60 dəqiqə əvvəl bir çimdik zərdəçal əlavə edilmiş süd içməyi tövsiyə edib. Onun sözlərinə görə, bu içki orqanizmi rahatlaşdırır və sakitləşdirici təsir göstərir.

Həkim həmçinin bal və ya muskat qozu qatılmış südün, eləcə də maqneziumla zəngin badam südünün faydalı ola biləcəyini bildirib. Süd məhsullarına alternativ olaraq isə nanə, dazıotu və ya çobanyastığı çayını məsləhət görüb.

Medianews.az

Bizə qoşulun