Həkimlər xəbərdarlıq edir ki, bəzi xroniki yuxu problemləri beyində demensiyanın inkişafına işarə edə bilər.
Medianews.az “Huffpost”a istinadən xəbər verir ki, mütəxəssislərin qeyd etdiyi əsas dörd yuxu problemini təqdim edir:
Ağır yuxusuzluq – Alzheimer xəstəliyində tez-tez gecə oyanma, gündüz yuxululuq müşahidə olunur.
Qeyri-adi vaxtlarda yuxu – sirkadiyal ritmin pozulması nəticəsində gecə oyaq qalmaq, gündüz çox yatmaq.
Yuxuda davranış pozuntuları – insan yuxuda qışqıra, hərəkət edə, hətta yataqdan tullanaraq aqressiv reaksiya göstərə bilər.
Gecə gəzintiləri – evdə dolaşmaq, çaşqınlıq və narahatlıqla müşayiət olunan “sübh sindromu”.
Həkimlər vurğulayır ki, bu əlamətlər demensiyanın erkən mərhələlərinə işarə edə bilər, amma hər yuxu problemi demensiya demək deyil. Uzunmüddətli və pisləşən yuxu pozuntuları zamanı nevroloqa və ya yuxu mütəxəssisinə müraciət etmək tövsiyə olunur.
Medianews.az