Medianews.az
Yuxu çatışmazlığının ən təhlükəli
91 baxış

Yuxu çatışmazlığının ən təhlükəli fəsadları

Həkim-onkoloq Vladimir İvaşkov yuxu çatışmazlığının infarkt, piylənmə və demensiya riskini artıran ən ciddi, lakin az qiymətləndirilən səbəblərdən biri olduğunu bildirib.

Medianews.az xəbər verir ki, həkimin sözlərinə görə, gündə 5–6 saat yatmaq prediabet və 2-ci tip şəkərli diabet riskini iki dəfə artırır. Əgər yuxu 4 saat və daha az olarsa, arterial hipertenziya riski də əhəmiyyətli dərəcədə yüksəlir.

İvaşkov qeyd edib ki, yuxu pozğunluqları ateroskleroz və digər metabolik problemlərə yol açaraq ürək-damar xəstəliklərindən ölüm riskini artırır. Bundan əlavə, depressiya, yaddaş zəifləməsi, nevroloji pozuntular, immun sistemin zəifləməsi və çəki artımı da yuxusuzluğun mümkün fəsadları sırasındadır.

Mütəxəssis Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən böyüklərin gündə 7–9 saat keyfiyyətli yuxu yatmalı olduğunu vurğulayıb.

Medianews.az

Bizə qoşulun