Medianews.az
“Yekə arvadsan, utanmırsan, ağız-burun əyirsən, bunun beyni düzgün işləmir” -
271 baxış

“Yekə arvadsan, utanmırsan, ağız-burun əyirsən, bunun beyni düzgün işləmir” - Əli Mirəliyevdən Ruhəngiz Musəviyə AĞIR SÖZLƏR

“Ruhəngiz heç kimlə yola getmir. Heç mənimlə də danışmır. Bir neçə gün əvvəl də “Xəzər axşamı” verilişində bizim duetimizi göstərdilər. Ağız-burun əydi. Xəstədir də. 70-dən çox yaşın var, yekə arvadsan, utanmırsan?! Mənimlə bir ton çörək kəsmisən, ailəmin üzvü olmusan, evimə gəlib-getmisən. Mən səni toylara aparmışam. Bunun beyni düz işləmir də. O demək deyil ki, dəlidir. Bu insanın tutması var. Hamı ilə münasibəti belədir”.

Bunu Medianews.az-a açıqlamasında tanınmış müğənni Əli Mirəliyev deyib.

Müğənni bildirib ki, dostluq münasibətini qarşı tərəf bitirib:

“Mən ondan küsməmişəm. O məndən küsüb. Məndən niyə küsür ki? Xasiyyətindən küssün də. Barışıq addımı atmaram. Özü küsüb, özü də barışsın. Bəzilər dedi ki, 8 mart gəlir, barışıq addımı at. Dedim ki, bu insana nə 8 mart, nə də 9 mart bir şey edəcək. Xeyri olsaydı edərdim. Həyat yoldaşımla rəfiqə olublar. Ruhəngizi mənim tanıdığım qədər heç kim tanımır. Onunla 12 duetim var. Ən çox duetim Ruhəngiz Musəvi ilə oxumuşam. Bir də gördün özü qapını açıb, yanıma gəldi, qucaqlayıb öpdü məni. Onun xasiyyətini bilirəm də. Dəymədüşərdir”.

Əli Mirəliyev bir neçə gün öncə xalq artisti Flora Kərimovanın efir vasitəsilə Ruhəngiz Musəviyə irad tutmasından da danışıb:

“Ruhəngizə əməkdar artist fəxri adını Flora Kərimova verdirib. Onun xətrinə Ruhəngizə ad veriblər. 1 manat da xərci çıxmayıb. Mən bütün bunları dəqiq bilirəm. Bunlar mənim gözümün qabağında olub. İndi Flora xanımı saymır, zəng etmir. Flora da ondan küsür ki, sən niyə məni yada salmırsan? Bilmirəm aralarında nə olub? Qadındılar da. Yəqin Flora xanımı da sancıb. Flora xanım da ona deyib ki, keçmişini unutma, səni mən üzə çıxartmışam. Yaxşı mən yalan deyirəm, bu boyda xalq artisti Flora xanım da səhv deyir?”.

Əli Əsgər,

Medianews.az 

Bizə qoşulun