Yazın gəlişi ilə bazarda mövsümü meyvələrə maraq artıb. Hələ tam yetişməsə də alça və kal ərik piştaxtalarda göz oxşuyur.
Bəs qiymətlər necə dəyişir?
Medianews.az Milli.Az-a istinadən xəbər verir ki, kal ərik daha çox soruşulan meyvələr sırasındadır. Belə ki, 300 qramı 7 manat olan bu məhsul alçadan daha ucuz hesab edilir. Göyçaydan gətirilən alçanın 300 qramı isə 10 manatdır. Alça növündən asılı olaraq müxtəlif qiymətlərə təklif edilir.
Satıcıların sözlərinə görə, alça və kal əriklə yanaşı qarpız və çiyələyə də maraq az deyil:
"Çiyələk Şəmkir, Cəlilabad, Lənkərandan gətirilir. Kilosu 5 manatdan başlayır. Qarpız İrandan gəlir, onun da kilosu 5 manatdır".
Qeyd edək ki, mövsüm tam başladıqda və yerli məhsul bazara çıxanda meyvələr daha münasib qiymətə insanlara təklif olunacaq.