Medianews.az
Yaz allergiyası mövsümündə ən çox hansı
75 baxış

Yaz allergiyası mövsümündə ən çox hansı səhvə yol verilir?

Allergiya mövsümü başlamazdan əvvəl bir çox insanlar eyni səhvi edir ki, bu da çiçəklənmə dövrünü xüsusilə çətin keçirir.

Medianews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ümumi praktika həkimi Niqhat Arif danışıb.

Həkim qeyd edib ki, ən çox yayılmış səhv antihistamin preparatlarının qəbuluna gec başlanmasıdır. Onun sözlərinə görə, dərmanları çiçəklənmə mövsümünün başlanmasına qədər - havada çox tozcuq olmadığı zaman qəbul etmək daha effektiv təsir göstərir.

Çiçəklənmə dövrünə hazırlıq üçün həkim həmçinin tozcuqların yayılma proqnozlarını izləməyi, əvvəlcədən dərman ehtiyatı toplamağı və ya məsləhət üçün həkimə müraciət etməyi tövsiyə edib. Onun fikrincə, mövsümün qızğın vaxtında vazelin də faydalı ola bilər. Niqhat Arif vazelini buruna və burunun ətrafına çəkməyi məsləhət görüb.

"Vazelin tozcuğa qarşı baryer (maneə) rolunu oynayır, tozcuqları burun keçidlərinə girməzdən əvvəl tutub saxlayır", - deyə o əlavə edib.

Bizə qoşulun