Medianews.az
Yaşıl banan –
86 baxış

Yaşıl banan – az şəkər, çox vitamin

Rusiyalı həkim Andrey Tyajelnikov yaşıl bananların gözlənilməz faydalarından danışıb.

Medianews.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, yaşıl bananlarda şəkərin miqdarı sarı bananlardan daha azdır. Onlar rezistent nişasta ilə zəngindir ki, bu da bağırsaq mikrobioması və həzm üçün faydalıdır. Bundan əlavə, yaşıl banan C vitamini və antioksidantlarla da zəngindir.

Tyajelnikov qeyd edib ki, diabet xəstələrinə məhz yaşıl banan yemək tövsiyə olunur, çünki bu meyvə qan şəkərinin səviyyəsini sabitləşdirməyə kömək edir.

Həkim əlavə edib ki, əksinə, çox yetişmiş bananlar qlükozanı sürətlə artırır və diabetiklər üçün uyğun deyil.

Beləliklə, mütəxəssislər sağlam qidalanmada yaşıl bananlara üstünlük verməyi tövsiyə edirlər.

Medianews.az

Bizə qoşulun