Medianews.az
Yaponiya seçki havasında
80 baxış

Yaponiya seçki havasında

Fevralın 8-də Yaponiya parlamentinin aşağı palatasına seçki keçiriləcək.

Medianews.az bildirir ki, 465 nəfərlik Nümayəndələr Palatasının 176 üzvü proporsional üsulla (partiya siyahıları üzrə), 289 üzvü majoritar sistemlə (dairələrdən) mandat alır.

248 nəfərlik yuxarı palata – Müşavirlər Palatası da qarışıq üsulla seçilir.

Yaponiya konstitusiyalı monarxiyadır. 2019-cu ildən Naruhito imperatorluq edir. Ölkədə hökumət parlamentdəki qüvvələr nisbəti əsasında qurulur. Liberal Demokrat Partiyası və İnnovasiyalar Partiyasının qurduğu indiki koalisiya hər iki palatada azlıqdadır. Ona görə aşağı palata yanvarın 23-də buraxılıb, növbədənkənar seçki təyin olunub.

2025-ci il oktyabrın 21-dən Liberal Demokrat Partiyasının lideri Sanae Takaiti baş nazirdir. 1961-ci il təvəllüdlü Sanae Takaiti əvvəlki hökumətlərdə daxili işlər və kommunikasiya naziri, iqtisadi təhlükəsizlik üzrə dövlət naziri postlarını tutub.

Medianews.az

Bizə qoşulun