Medianews.az
Yaponiya sahillərində güclü zəlzələ:
89 baxış

Yaponiya sahillərində güclü zəlzələ: tsunami təhlükəsi elan olundu

Yaponiyanın şimalında, Aomori bölgəsində 7,4 bal gücündə zəlzələ baş verib. Güclü yeraltı təkanlardan sonra sahil əraziləri üçün tsunami xəbərdarlığı edilib.

Medianews.az xəbər verir ki, bununla bağlı milli yayım qurumu NHK məlumat yayıb.

Məlumata görə, İvate prefekturası və Hokkaydo adasında dalğaların hündürlüyü 3 metrə çata bilər. Rəsmilər sahil bölgələrində yaşayan əhaliyə dərhal yüksək yerlərə çəkilməyi tövsiyə edib.

Rəsmi açıqlamalarda bildirilib ki, ilk tsunami dalğaları artıq qeydə alınıb və ardıcıl bir neçə dalğa baş verə bilər. Dalğaların gözləniləndən daha tez və ya gec çatması, həmçinin daha yüksək olması istisna edilmir.

Səlahiyyətli qurumlar vətəndaşlara sahil xətlərindən və çay mənsəblərindən uzaq durmağı, xəbərdarlıq aradan qaldırılana qədər təhlükəsiz ərazilərdə qalmağı tövsiyə edib. Mümkün ziyanın qiymətləndirilməsi üçün aidiyyəti qurumlar hazır vəziyyətə gətirilib.

Medianews.az

 

Bizə qoşulun