İspaniya millisinin hücumçusu Lamin Yamalın DÇ-2026-da daha çox qol vura bilməməsinin səbəblərindən biri onun universallığının çatışmaması ola bilər.
Medianews.az xəbər verir ki, bu barədə sabiq ÇSKA futbolçusu Aleksandr Qrişin deyib.
Onun sözlərinə görə, 19 yaşlı oyunçu əsasən sol ayağından istifadə edir və sağ ayağını kifayət qədər effektiv işə sala bilmir.
Qrişinin sözlərinə görə, Yamal topu daim sol ayağına çəkməyə çalışdığı üçün vaxt itirir. O qeyd edib ki, futbolçu Lionel Messi kimi hər iki ayaqdan daha yaxşı istifadə etsəydi, mundialda daha çox qol vura bilərdi.
Qrişin eyni zamanda Yamala yüksək səviyyəli futbolçu kimi qiymət verib və onun hələ gənc olduğunu, təcrübə topladıqca daha da inkişaf edəcəyini vurğulayıb.
Medianews.az