"Barselona" Lamin yamalı 2025-ci ilin yayında cazibədar müqavilə ilə mükafatlandırıb.
Medianews.az Lent.az-a istinadən bildirir ki, Fransanın "L'Equipe" nəşri isə klubla ispaniyalı arasında bağlanan müqavilənin bütün təfərrüatlarını açıqlayıb.
Tərəflər 2032-ci ilə qədər müqavilə imzalayıblar və klub Laminə ayda 1,33 milyon avro ödəyir. O, bu il ümumilikdə 16 milyon avrodan çox qazana bilər, lakin vergilərdən sonra 10 milyon avro qalacaq.

Lakin bu məbləğ xüsusi bəndlər sayəsində artırıla bilər. Məsələn, Laminin müqaviləsində qazanılan kuboklar üçün bonuslar və ya əsas fərdi mükafat - "Qızıl top" almaq ehtimalı nəzərdə tutulur. Bütün bunların uğurlu əldə olunması maaşını ayda 10 milyon avroya qədər artıracaq.