İspaniya millisinin hücumçusu Lamin Yamalın atası Munir Nasraui ABŞ-də keçirilən DÇ-2026-ya niyə getmədiyini açıqlayıb.
Medianews.az xəbər verir ki, onun sözlərinə görə, epilepsiya xəstəsi olduğu üçün gündə çoxlu dərman qəbul edir və həyəcan onun epileptik tutma keçirməsinə səbəb ola bilər.
Buna görə də həm özünün, həm də ətrafındakıların təhlükəsizliyini nəzərə alaraq evdə qalmağa qərar verib.
Qeyd edək ki, İspaniya millisi DÇ-2026-nın finalında iyulun 19-da Argentina ilə qarşılaşacaq. Matç ABŞ-nin İst-Raterford şəhərində keçiriləcək.
Medianews.az