Medianews.az
Neftimiz bu ay nə qədər bahalaşıb?
114 baxış

Neftimiz bu ay nə qədər bahalaşıb?

İyulun 17-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 88,82 dollara satılır. Bu, ayın siftəsindən 13,48 dollar yuxarı göstəricidir.

Medianews.az bildirir ki, Azərbaycanın 2026-cı il büdcəsində bir barrel neft 65 dollardan götürülüb. “AzəriLayt” yanvara 65,71, fevrala 69,72, marta 79,60, aprelə 132,35, maya 122,26, iyuna 104,58, iyula 75,34 dollarla başlayıb.

Neft bazarı fevralın 28-dən İran ətrafında artıb-azalan gərginlik üzündən çalxalanır.

İxracatçıların beynəlxalq koalisiyası Azərbaycan üçün xam neftin gündəlik hasilat normasını 551 min barrel müəyyən edib.

2026-cı ilin ilk beş ayında Azərbaycanda kondensatla birlikdə 11 milyon ton neft çıxarılıb, yarım ildə xaricə 6,2 milyard dollarlıq xam neft və xam neft məhsulu ixrac olunub.

Toğrul Əli, 
Medianews.az 

Bizə qoşulun