Medianews.az
DÇ-2026 onu dünya ulduzuna çevirdi:
86 baxış

DÇ-2026 onu dünya ulduzuna çevirdi: 56 mindən 29,3 milyona

Kabo-Verde millisinin qapıçısı Vozinya DÇ-2026-dan sonra qazandığı böyük populyarlıqdan danışıb.

Medianews.az xəbər verir ki, 40 yaşlı qolkiperin sözlərinə görə, mundialdan əvvəl sosial şəbəkə hesabını cəmi 56 min nəfər izləyirdi, hazırda isə izləyicilərinin sayı 29,3 milyona çatıb.

"Baş verənlərə görə çox minnətdaram. Açığı, bunu heç gözləmirdim. Bu, sanki dəlilik idi. Artıq əvvəlki kimi küçədə rahat oturub yemək yeyə bilmirəm. Amma ən önəmlisi odur ki, dünya artıq Kabo-Verdenin harada olduğunu bilir və bunu izah etməyə ehtiyac qalmayıb", – deyə Vozinya bildirib.

Qeyd edək ki, Kabo-Verde millisi DÇ-2026-nın 1/16 finalında Argentinaya əlavə vaxtda 2:3 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.

Medianews.az

Bizə qoşulun