Medianews.az
Netanyahu ABŞ-yə səfərini
74 baxış

Netanyahu ABŞ-yə səfərini təxirə saldı

İsrail Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla görüşünü təşkil etmək mümkün olmadığına görə gələn həftə ABŞ-a planlaşdırılan səfərini ləğv edib.

Məlumatı İsrailin I24 televiziya kanalı mənbələrə istinadən yayıb:

"Görüş üçün tarix təyin olunmayıb və onun gündəliyi və ya gözlənilən nəticələrlə bağlı ilkin razılaşmalar əldə edilməyib".

Mənbələrə görə, son günlərdə səfər zamanı Netanyahu ilə Tramp arasında görüşün təşkili üçün "intensiv səylər" göstərilib, lakin "bu səylər nəticədə uğursuz olub".

Dünən İsrail Baş Nazirinin Ofisi təxirə salınmanın Netanyahunun iştirak etməyi planlaşdırdığı senator Lindsi Qremindəfn mərasiminin tarixində dəyişikliklə əlaqəli olduğunu açıqlayıb. Lakin I24-ün məlumatına görə, səfərin ləğvi qərarı yalnız cədvəl mülahizələri ilə bağlı deyil.
I24-ün qeyd etdiyinə görə, diplomatik vəziyyət Vaşinqton və Tehran arasında anlaşma memorandumunun pozulmasından sonra xeyli mürəkkəbləşib./Musavat.com

Bizə qoşulun